1-ci dərəcə gözdən əlilin evlə təmin olunmaması ilə bağlı açıqlamabackend

Sosial şəbəkələrdə Zərdab rayonu, Kəndəbil kənd sakini, ümumi səbəbdən 1-ci dərəcə gözdən əlilliyi olan şəxs Vasif Abdullayevin uzun müddətdir növbədə olmasına baxmayaraq, evlə təmin olunmaması barədə video yayılıb. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib.
Sosial şəbəkələrdən birində yayılan videoda Zərdab rayonu, Kəndəbil kənd sakini, ümumi səbəbdən 1-ci dərəcə gözdən əlilliyi olan şəxs Vasif Abdullayev 2016-cı ildə həmin rayon İcra Hakimiyyətində mənzil növbəsində olduğunu deyərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilmədiyindən narazılıq edir.
Bununla əlaqədar bildirim ki, Nazirlik ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxsləri və şəhid ailələrini mənzillə təmin edir.
Ona görə də rayon (şəhər) İcra Hakimiyyətlərindən də həmin kateqoriyalardan olan vətəndaşların mənzil növbəliliyi siyahıları alınır və Nazirlik həmin siyahılar üzrə də növbəlillik qaydasında mənzillə təminat işlərini aparır.

İctimai.az