10 il həbs cəzası alan Tori Lanez günahını etiraf etməkdən imtina edibbackend

Kanadalı reper Tori Lanez (əsl adı Daystar Peterson) reper Meqan Tee Stallionu (əsl adı Meqan Covon Rut Pit) güllələdiyinə görə aldığı 10 illik cəzadan ilk dəfə danışıb. Bu barədə o, İnstaqram səhifəsində yazıb (sahibi Meta Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib).

Reper günahını boynuna almaqdan imtina edib və hökmü ədalətsiz adlandırıb. O, məhkəmədə yalnız Meqanla söylədiyi sözlərə və şəxsi ünsiyyətinə görə üzr istədiyini açıqlayıb.

“Mən haqsız yerə məhkum edildiyim üçün heç bir şəkildə üzr istəməmişəm. Mən təkid edirəm: etmədiklərimə görə üzr istəmirəm”, – deyə o yazıb.

Mənbə: Lenta.Ru