12 il Azərbaycanda çalışmış türk vətəndaş ailəsi ilə birgə zəlzələdə dünyasını dəyişibbackend

12 il Azərbaycanda çalışan türk vətəndaş Abdulkadir Atlı baş verən zəlzələdə ailəsi ilə birgə dünyasını dəyişib.

İctimai.az xəbər verir ki, bu barədə “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin sədri Hüseyin Büyükfırat sosial şəbəkə hesabında paylaşım edib.

“Abdulkadir Atlı bizim uşaqlıq dostumuz idi və 12 il bizimlə çalışdı. O, rastlaşa biləcəyiniz ən əxlaqlı insan idi… İndi övladlarımın yanında olmaq istəyirəm deyərək doğma şəhərinə qayıtdı. Qayıdanda belə vidalaşdı. İndi həqiqət dünyaya köç etdiyi xəbəri ilə bizi sarsıtdı… Dünən dağıntılar altında onun həyat yoldaşı və çox sevdiyi 5 uşağının meyiti tapılıb. Əbdülqədirin ocağı söndü, geridə heç kim qalmadı… Amma insanlığı və imanı ilə dünyasını dəyişdi. Allah rəhmət eləsin məkanını cənnət etsin Abdulkadir sən həqiqətən çox yaxşı insan idin… ürəyimiz ağrıyacaq və ağrıyacaq.. sözlərin bitdiyi yer. Adıyamana başsağlığı.

Başın sağ olsun Türkiyəm!” – deyə Hüseyin Büyükfırat qeyd edib.

İctimai.az