Azərbaycanda orta və ali məktəblərdə əyani dərslərin başlama vaxtı AÇIQLANDIbackend

“22 sentyabr tarixindən l-IV siniflər, 29 sentyabr tarixindən V-XI siniflər üçün əyani tədris başlayır”.

İctimai.az-ın məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, sentyabrın 29-dan, həmçinin ali məktəblər, peşə məktəbləri, kolleclər açılacaq.

Nazir qeyd edib ki, dərslər əvvəlki kimi həftədə 5 dəfə, bəzi məktəblərdə isə 6 dəfə olmaqla bərpa olunacaq.