İngiltərədə ətraf mühit naminə ət və süd istehlakını azaltmağa çağırdılarbackend

Böyük Britaniya sakinləri ətraf mühitin qorunması üçün ət və süd istehlakını 50% azaltmalıdırlar, hökumətin iqlim nəzarəti komitəsi bildirib.

Bu barədə Teleqraf qəzeti məlumat yayıb.

Komitənin energetika naziri Ed Milibanda ünvanladığı məktubda 2050-ci ilə qədər ət və süd istehsalının iki dəfə azaldılması, məhsulların isə bitki mənşəli məhsullarla əvəz edilməsi tələb olunur. 1990-cı illə müqayisədə 2035-ci ilə qədər karbon qazı emissiyalarını 81% azaltmaq üçün bu tədbirlər həyata keçirilməlidir.

Komitənin rəhbəri Pirs Forsterin sözlərinə görə, ət və süd istehlakını azaltmaq üçün fermerlərə verilən subsidiyaları azaltmaq, məhsullara vergiləri artırmaq və onların reklamını məhdudlaşdırmaq olar. Hökumət qoyun və iribuynuzlu heyvanların sayının azaldılması barədə də düşünməlidir, çünki bu heyvanların istehsal etdiyi metan iqlim dəyişikliyinin əsas səbəblərindən biridir.