İsmayıllı rayonunda şəhid Cəmil Məmmədlinin doğum günü qeyd olunubbackend

İsmayıllı rayonunda Vətən müharibəsi şəhidi Məmmədli Cəmil Habil oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib, şərəfinə bulaq kompleksinin açılışı baş tutub.

İctimai.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşkilatın sədr müavini Nicat Hüseynov, təşkilatın əməkdaşları Fuad Heydərli, Əfəndi İbrahimli, təşkilatın fəalları Ramil Hacıəliyev, İlkin Əsgərzadə, “Məktəb meydanı 40” Ərazi Partiya Təşkilatının sədri Sədaqət Həsənova və şəhid anaları Vətən müharibəsi şəhidi Məmmədli Cəmil Habil oğlunun doğum günü münasibətilə məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidimizin məzarına gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Daha sonra şəhidimizin şərəfinə yaradılan bulağın açılışı baş tutub.

Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək şəhid Cəmil Məmmədlinin və Azərbaycan Ordusunun şanlı döyüş yolundan, tarixi qələbəmiz haqqında fikirlərini bölüşüb.
Muxtar Nağıyev çıxış edərək Səbail Rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatı tərəfindən şəhid ailələri və qazilərin hər zaman diqqət mərkəzində saxlanıldığını, onların daim yanında olduqlarını bildirib.
Şəhid Cəmil Məmmədlinin ailəsi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.