17 yaşlı qızın zorla qaçırılması xəbərinə DİN-dən açıqlamabackend

Daxili İşlər Nazirliyi Bərdə rayonunda 17 yaşlı qızın zorla qaçırılması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı açıqlama verib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qeyd olunan faktla bağlı, cari ilin mart ayının 29-da qızın atası E. H. Bərdə Rayon Polis Şöbəsinə gələrək qızının qaçırılması barədə ərizə ilə müraciət edib: “Müraciətlə əlaqədar olaraq Bərdə RPŞ-də müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədilə getdiyini bildirib”.

İctimai.az