Azərbaycan XİN Nikol Paşinyana cavab veribbackend

“Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində Ermənistan baş nazir Nikol Paşinyanın paylaşımına cavab olaraq bildirilib.

Nazirlikdən qeyd olunub ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, İrəvan Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində üç buraxılış məntəqəsinin açılmasını təklif edib.