“20 yanvar – qanlı gecə” adlı onlayn konfrans keçirilibbackend

19 yanvar 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş “20 yanvar – qanlı gecə” adlı onlayn konfrans keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyinin direktoru, Vətən Müharibəsinin iştirakçısı Rəsul Həşimov, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının əməkdaşı Şəfiqə Hənifəyeva, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəşid Məmmədov və fəal gənclər iştirak etmişlər.

Tədbirdə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlayn konfransda çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyinin direktoru, Vətən Müharibəsinin iştirakçısı Rəsul Həşimov, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının əməkdaşı Şəfiqə Hənifəyeva, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəşid Məmmədov Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyini qeyd etdilər. Faciədən 31 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur. Natiqlər milli azadlığı, ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdilər. Onlar, həmçinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həmin günlərdə xalqın yanında olmasını, ölkəmizin Moskvada nümayəndəliyindəki çıxışını, daha sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsini, onun davamçısı, Cənab Prezident İlham Əliyevin də bu yola sadiq qalmasını qeyd etdilər. Bildirdilər ki, 20 yanvar gecəsi qanlı yaddaşımız olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Biz həmin gecə Azərbaycanın suverenliyi uğrunda canından keçən insanları şəhid və əsl qəhrəman sayırıq.

Sonda Şamaxı rayon Qaravəlli kəndi tam orta məktəbin şagirdi Aygün Musayeva şeir söylədi.