2000-ci illərin əsas futbol ikonasının adı açıqlanıbbackend

İspaniyanın “Barselona”sının və Braziliya milli komandasının keçmiş futbolçusu Ronaldinyo FourFourTwo jurnalına görə 2000-ci illərin əsas futbol ikonasına çevrilib. Siyahı nəşrin rəsmi saytında təqdim olunub.

Ronaldinyo Braziliya millisi ilə 2002-ci ildə dünya çempionudur. 2004 və 2005-ci illərdə Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən dünyanın ən yaxşı futbolçusu kimi tanınıb. 2005-ci ildə braziliyalı “Qızıl top”u qazanıb. Müxtəlif vaxtlarda “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro”, “Fluminense”, “Paris Sen-Jermen” və “Milan”da çıxış edib. Ronaldinyo 2018-ci ildə təqaüdə çıxdı.

2000-ci illərin 10 əsas futbol ikonu:

1 yer. Ronaldinyo (Braziliya);

2-ci yer. Cristiano Ronaldo (Portuqaliya);

3-cü yer. Thierry Henry (Fransa);

4-cü yer. Alex Ferguson (Şotlandiya);

5-ci yer. Ronaldo (Braziliya);

6-cı yer. Zinəddin Zidan (Fransa);

7-ci yer. Lionel Messi (Argentina);

8-ci yer. Ueyn Runi (İngiltərə);

9-cu yer. Joze Mourinyo (Portuqaliya);

10-cu yer. David Beckham (İngiltərə).

Mənbə: TRT Spor