Yeni Lada avtomobilləri 2021-ci ildən bəri 70% bahalaşıb, Avtostat analitik agentliyinin direktoru Sergey Tselikov Telegram kanalında bildirib.
“Son 4 ildə LADA avtomobillərinin qiymətləri orta hesabla 72% artıb. Hesablamada beş əsas model nəzərə alınıb: Granta, Vesta, Largus və Nivanın iki modifikasiyası”, – Tselykov deyib.
Belə ki, 2021-ci ildən etibarən Lada Granta 69%, Vesta 85%, Largus 86%, Niva Legend 56%, Niva Travel 63% bahalaşıb.
Bundan əvvəl “Kommersant” rus dilerlərinin yeni Çin avtomobillərini bir milyon rubla qədər endirimlə satmağa başladığını yazmışdı.