2022-ci ildə Avropanın qaz alışına xərcləri 3,3 dəfə artaraq 208 milyard avroya çatıb

RİA Novosti agentliyi Eurostat-ın hesablamalarına əsaslanaraq yazıb ki, Avropa İttifaqı keçən il dünyanın qalan hissəsindən mayeləşdirilmiş və boru kəməri qazının alınmasına bir il əvvəlkindən 3,3 dəfə çox vəsait xərcləyib.

Aİ-nin xərcləri 62,5 milyard avrodan 208 milyard avroya yüksəlib.

Nəşrdə qeyd edildiyi kimi, uzun illərdən sonra ilk dəfə olaraq xərclərin əhəmiyyətli hissəsi boru kəmərlərinin tədarükünün deyil, mayeləşdirilmiş təbii qazın (LNG) payına düşüb – müvafiq olaraq 109,4 milyard və 98,6 milyard avro.

Mənbə: RİA Novosti

İctimai.az

Oxşar xəbərlər