2024-cü ilin yayında ən çox satılan on smartfonun adı açıqlanıbbackend

Counterpoint Research analitikləri 2024-cü ilin ikinci rübündə ən çox satılan büdcə smartfonları haqqında hesabat dərc ediblər.

Mütəxəssislər qeyd edirlər ki, bazar əsasən qiyməti 150 dollardan aşağı olan modellər hesabına böyüyür – büdcəli smartfonlar qlobal satışın 37%-ni təşkil edir, çünki belə qurğular getdikcə flaqman xüsusiyyətlərini təqdim etməyə başlayıb.

Ümumilikdə, 2024-cü ilin ikinci rübündə 100 milyondan çox smartfon satılıb ki, bu da illik müqayisədə 10% çoxdur. Ən populyar büdcə modellərinin satışları 2023-cü ilin birinci yarısı ilə müqayisədə 21% artıb.

Ucuz Android cihazları arasında lider 4,1% bazar payı ilə Redmi 13C 4G olub. İkinci yerdə 4% payla Samsung Galaxy A05, üçüncü yerdə isə 3,3% ilə Galaxy A15 4G qərarlaşıb. Dördüncü yeri 2,4% payla Redmi 13C-nin 5G versiyası, beşinci yeri isə eyni göstərici ilə Redmi A3 tutur.

Mənbə: Autotech