“21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilibbackend

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  6-7 mart 2021-ci il tarixlərində “21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İctimai.az xəbər verir ki, konfransın həyata keçirilməsində məqsəd ailə institunun möhkəmləndirilməsini, qadın və uşaq hüquqlarının qorunmasını, ölkədə fəaliyyət göstərən mütəxəssislərin ixtisaslaşmasını və psixologiya sahəsinin inkişafını təmin etməkdən ibarət olub.

Məlumat üçün bildirək ki, konfransda Azərbaycan, Türkiyə və Rusiyanın tanınmış psixoloq, psixoterapevt və həkimləri tərəfindən “Travma və yas terapiyası”, “Ailə psixologiyası”, “Uşaq və yeniyetmələrdə rəqəmsal asılılıq”, “Perinatal psixologiya”, “Sağlam uşağı dünyaya necə gətirməli?”, “Gizli hamiləlik”,  “Yeniyetməlik dövrünün psixoloji problemləri”, “Cinsi terapiyanın əsasları”, “Uşaqlıq dönəmində cinsi istismarın yetkinlik dövrünə təsiri və qarşısının alınması” adlı aktual mövzularda iştirakçılara təlimlər təşkil olunub.

Konfrans çərçivəsində iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib.