26 iyun–Azərbaycan Respublikası Silahlı Qüvvələr günü” münasibəti ilə onlayn bayram tədbiri keçirilib – Fotolarbackend

26 iyun–Azərbaycan Respublikası Silahlı Qüvvələr günü” münasibəti ilə onlayn bayram tədbiri keçirilmişdir.

25 iyun 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Airmixes”in birgə təşkilatçılığı ilə “26 iyun–Azərbaycan Respublikası Silahlı Qüvvələr günü” münasibəti ilə onlayn bayram tədbiri keçirilmişdir.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, AzTV-nin “Əsas məsələ” verlişin aparıcısı və mətbuat katibi Rüfət Rzayev, “Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinin sədri Amid Həsənquliyev, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, Xızı rayon YAP Gənclər Birliyinin sədri İman Ağayev, Qaradağ rayon YAP Gənclər Birliyinin sədri Səid Məmmədzadə, Türkiyə-Azərbaycan gəncləri qurumunun rəhbəri Rəşid Həsən Mustafazadə, Dünya Yaddaş Federasiyasının Azərbaycan təmsilçisi, Utrain Şəxsi İnkişaf Mərkəzinin rəhbəri Mirşahin Əlizadə, Loqos Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Regionlarla iş şöbəsinin rəhbəri Ümidə Rəhimova, İmişli rayon YAP Gənclər Birliyinin sədr muavini Malik Ağazadə, “AirMix” grup könüllülər üzrə sədri Xəyalə Həsənova, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, müavinləri və fəal gənclər iştirak etmişlər.
Tədbirdə çıxış edənlər tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib və Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildiriblər. Natiqlər Azərbaycan ordusunun yaranma tarixi barədə danışaraq 1918-ci il 26 iyun tarixli fərmanla yaradılmış Azərbaycan Milli Ordusunun qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdiyini bildirdilər. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordusunun ləğv edilməsi, yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Sovetində milli ordunun yaradılması haqqında qərarın qəbul edilməsi, Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi barədə danışdılar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində silahlı qüvvələr modernləşdirilib və bölgənin ən güclü ordusuna çevrilib. Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək qüdrətinə malikdir.
Onlayn tədbirin sonunda müğənni Cavid Hüseynov vətənpərvər mahnılar ifa edərək tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş etdi.

İctimai.az