Teleaparıcı Alena Vodonaeva anasının 27 il əvvəl aldığı paltarı geyinib. Ulduz ona Moskva Crave Kabare Teatrında yeni şounun təqdimatı üçün gəlib və görüntüləri sosial şəbəkələrdə paylaşıb.
“Geyim 1996-cı ilə aiddir, fotodakı ananın 36 yaşı var”, – bloger qeyd edib.
Vodonaeva dəfələrlə bildirib ki, anası onun üçün həmişə zəriflik nümunəsi olub və belə də qalır. Məşhurun sözlərinə görə, ana bütün həyatı boyu özünü əla formada saxlayıb və bu, bir çox qadını “qıcıqlandırır”. Ulduz abunəçilərinə etiraf etdi ki, o və anasına hətta gözəlliklərini qısqanan məktəb müəllimləri də nifrət edirlər.
Mənbə: Lenta.ru














