Beynəlxalq turnirdə çempion olan komandamız vətənə qayıtdıbackend

Antalyada keçirilən Avropa Minifutbol Federasiyasının “Euro Business Cup” şirkətlər turnirində Azərbaycanı təmsil edən “Azərsun” şirkətinin minifutbol komandası vətənə qayıtdı.

İctimai.az xəbər verir ki, bu gün səhər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çempion komandanın futbolçularını, məşqçi heyətini futbol azarkeşləri, ictimaiyyət nümayəndələri böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, finalda Rumıniyanın “Dedeman Oradea” kollektivinə 4:0 hesabı ilə qalib gələrək komdanmız Avropa çempionu olub.