3I/ATLAS kometası Yerə yaxınlaşırbackend

Ulduzlararası kosmik obyekt 3I/ATLAS bir neçə saat ərzində Yerə yaxınlaşacaq və Yerə 270 milyon km məsafədə gələcək.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası Telegram-da məlumat yayıb.

“3I/ATLAS dekabrın 19-da Moskva vaxtı ilə səhər saat 7:00 radələrində Yerə ən yaxın məsafədən keçəcək”, – nəşrdə qeyd olunub.

Alimlərin fikrincə, kometa dekabrın 22-dək Yerdən təxminən eyni məsafədə – təxminən 500.000 km-də qalacaq. Bundan sonra ulduzlararası obyekt sürətlə planetimizdən uzaqlaşmağa başlayacaq.