3 noyabr Gənclər və İdman Nazirliyi və Bakı Gənclər Mərkəzin rəsmi tərəfdaşlığı ilə İnclusive Organization Team təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və 44 günlük Vətən Müharibəsinə həsr edilmiş “Zəfər Salnaməsi” adlı tədbir proqramı keçirilib.
Tədbir iki hissədən ibarət olub. Birinci hissədə inklüziv istedadlı şəxslərin sərgisi keçirilib. İkinci hissə isə bədii hissədən ibarət olub.
Əvvəlcə rəsmilər Heydər Əliyevin büstünü ziyarət ediblər. Sonra isə əliliyi olan şəxslərin əl işlərindən ibarət sərgi ilə tanış olandan sonra tədbirin rəsmi hissəsinə keçid ediblər. Bədii hissə Eşitmə və Nitq məhdudiyyətli gənclərin ifasında Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib. Şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dövlət rəsmiləri millət vəkilləri Vüqar İsgəndərov, Jalə Əhmədova, Bakı Gənclər mərkəzinin rəhbəri Nərgiz Babayeva, KOB Dostu departamentin müdir müavini Eldəniz Əmirov çıxış edib. Onlar çıxışlarında bu cür tədbirlərin keçirilməsi ilə inklüziv gənclərin cəmiyyətə daha tez adaptasiya ola bildiyini vurğulayıblar. Şəhid ailələri və qazilər çıxış edərək belə bir təşəbbüsün tez-tez keçirilməsinin tərəfdarı olduğunu bildiriblər. Daha sonra Azərbaycanın və Özbəkistanın xalq artisti xanəndə Gülyaz xanım Məmmədova və qazilərimiz Məbud Əhmədov, Bəhlul Tufan çıxış edib. İnklüziv gənc olan Rəvanə Ağamirova və Aysel Əlizadə öz ifalarını səsləndirib. Eşitmə və nitq məhdudiyyətli gənclər rəqs proqramı ilə çıxış ediblər.
Tədbirin təşkilatçısı İnclusive Organization Team təsisçisi və rəhbəri İbrahim Məmmədov və jurnalist eyni zamanda İnclusive Organization Team layihə meneceri Samirə Sərkərin çıxışı və onların gəncləri və eyni zamanda iştirakçıları mükafatlandırması ilə başa çatıb.