5 may Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdürbackend

BMT Baş Assambleyasının qərarı ilə 1992-ci ildən 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur.

Press.az-ın məlumatına görə, Azərbaycanda bu qəbildən olan insanların sayı 500 min nəfərə yaxındır, onlardan 40 mini gözdən əlil olanlardır. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramları mövcuddur. Həmin proqramlarda əlilliyin qarşısının alınması, reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb.