59 deputat tələb etdi, Sahibə Qafarova sərəncam imzaladıbackend

Milli Məclisin növbədənkənar sessiyası olacaq.

“Qafqazinfo” xəbər verir ki, parlamentin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il 4 avqust tarixindən etibarən Milli Məclisin növbədənkənar sessiyası çağırılır.

Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, sessiyada “2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə ediləcək.

İctimai.az