Argentina ölkəyə qaçan nasistlərlə bağlı məlumatların məxfiliyini ləğv edirbackend

Argentina hökuməti İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Cənubi Amerika ölkəsinə sığınan nasist cinayətkarlarının fəaliyyətinə işıq salan arxiv materiallarını məxfilikdən çıxarıb və ictimaiyyətə açıqlayıb.

Bu barədə TASS məlumat yayıb.

Nəşr olunan sənədlər arasında Argentina kəşfiyyatının konslager məhbusları üzərində qeyri-insani təcrübələri ilə tanınan həkim Josef Mengele haqqında tərtib etdiyi dosye xüsusi diqqət çəkir.

“Kolleksiyaya 7 dosyedə toplanmış 1850-dən çox sənəd daxildir”, – nəşr olunan arxivin əlavə təsvirində deyilir.