70 illik müharibə xatirəsi “Qaşıq” filmində səhnələşdirildibackend

Gəncədə bir qrup könüllü Böyük Vətən Müharibəsi illərində uşaqlığını itirən bir şəxsin xatirəsini “Qaşıq” qısametrajlı filmində səhnələşdirilib.

Ümumilikdə bir neçə aya ərsəyə gələn filmin çəkiliş müddəti təxminən 1 həftəni əhatə edib. Xronometrajı 6 dəqiqəyə yaxın olan film Nurlana Həşimovanın hekayəsi əsasında, Samux rayonunun Qovlar Sarı kəndində ekranlaşdırılıb. Quruluşçu rejissoru Müşfiq Balayev, operatoru Fəqan Yusifov, ssenari müəllifi isə Ruhəngiz Hacıyevadır. Vətənpərvərlik mövzusunda çəkilən filmdə təsadüfi aktyorlar yer almayıb, obrazları kastinqdən keçən gəncəli könüllülər – Sabir Rüstəmov, Xəyalə Məmmədova, Sevinc Şahinqızı, Fərid Məmmədov, Səməndər Qurbanov canlandırıblar. Qısametrajlı filmdə mətni Yaşar Kamal və Respublikanın Xalq Artisti Naibə Allahverdiyeva səsləndirib.

İctimai.az