73 yaşlı qadın dağa çıxaraq 147 metr hündürlükdən yıxılıbbackend

ABŞ-ın dağlarında təqaüdçü gəzintiyə çıxıb və qəzaya uğrayıb.

Bu barədə “Daily Montanan” nəşri məlumat yayıb.

Hadisə çərşənbə günü, avqustun 27-də Montana ştatındakı Glacier Milli Parkında baş verib. Saat 11:00 radələrində parkın əməkdaşlarına böyük qrup halında gəzintiyə çıxan, lakin mənzərəli Highline Trail-dən ayağı büdrəyərək yıxılaraq təxminən 147 metr hündürlükdən yıxılan qadın barədə məlumat daxil olub.

Yıxılma nəticəsində o, həyata uyğun olmayan xəsarətlər alıb. Meyitin axtarışına iki xilasetmə qrupu göndərilib, onlar sonda onu taparaq tibbi müayinədən keçmək üçün polis əməkdaşlarına təhvil veriblər.

Qurbanın Ayova ştatından olan 73 yaşlı Diane Bunker olduğu müəyyən edilib. Milli Parkın əməkdaşları xilasedicilərə təşəkkür edib və qurbanın ailəsinin şəxsi həyatına hörmətlə yanaşmağa çağırıblar.