75 yaşlı Arnold Şvartsenegger həvəsləndirici kitab yazıbbackend

Arnold Şvartsenegger yeni motivasiya kitabının çıxacağını elan etdi. Bu barədə aktyor sosial şəbəkədəki abunəçilərinə məlumat verib.

75 yaşlı aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger şəxsi bloqunun abunəçilərinə “Faydalı olun: Həyat üçün Yeddi Alət” adlı qarşıdan gələn kitabın üz qabığını göstərib. Əlavə etdi ki, məsləhətləri başqa insanlara kömək edə bilsin deyə, öz “fəlsəfəsi” haqqında kitab yazmağa qərar verdi.

“Atam həmişə mənə deyirdi: “Faydalı ol, Arnold.” İnsanlar hər dəfə yanıma gəlib məsləhətlərimin həyatda onlara necə kömək etdiyini söyləyəndə görürəm ki, həyat fəlsəfəmi, qaydalarımı və alətlərimi paylaşdığım zaman bunun faydalı olduğunu görürəm”, – o, postun altında yazıb.