Beyləqanda “Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” keçirilibbackend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Beyləqan şəhərində “Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.

10 oktyabr 2025-ci il tarixində Beyləqan Peşə Məktəbində baş tutan tədbirdə Beyləqan Peşə Məktəbinin direktor müavini Sənani Umudsoy , “Loqos” Psixoloji və Nitq Mərkəzinin Bərdə filialının baş psixoloqu Əşrəf Quliyev, eyni zamanda tələbələr iştirak edib.

Tədbirin açılışında layihə rəhbəri Rəşad Bayramov çıxış edərək tədbirin məqsəd və vəzifələrini təqdim edib. Rəşad Bayramov eyni zamanda layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və gənclərə təqdim olunan “Gənclik və düşüncə” adlı kitabçanın əhəmiyyətini vurğulayıb.

Çıxış edən Sənani Umudsoy layihənin əhəmiyyətindən bəhs edərək gənclərin sosial, psixoloji maarifləndirməsinin vacibliyini vurğulayıb, bu kimi tədbirlərin regionlarda keçirilməsini dəstəklədiyini bildirib və davamlı olmasını söyləyib.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin Lənkəran filialının baş psixoloqu Əşrəf Quliyev çıxış edərək gəncləri ən çox narahat edən sosial, psixoloji mövzularda öz fikirlərini bölüşüb və bu istiqamətdə mümkün həll yolları barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində Quba, Biləsuvar, Lənkəran, Beyləqan, Qazax, Gəncə şəhər və rayonlarında ümumilikdə 6 tədbirin keçirilməsi nəzərdə tutulur.