84 yaşlı çinli qadın süni intellekt tərəfindən yaradılan bir kişiyə aşiq olub və gündə 10 saata qədər onunla “münasibət” qurmağa vaxt ayırıb.
South China Morning Post qəzetinin məlumatına görə, qadın ona sevgi məktubları yazıb və onların romantik münasibətdə olduqlarına əmin olub.
Ailəsinin sözlərinə görə, təqaüdçü Çjan Yulan Çin romantik romanlarında məşhur olan sözdə “güclü prezident”ə heyran qalıb. Jian Guo adlı personaj yalnız rəqəmsal video formatında mövcuddur.















