88 yaşlı müəllim beş məktəbliyə təcavüz etməkdə təqsirli bilinibbackend

Kanadada 88 yaşlı keçmiş ibtidai sinif müəllimi beş şagirdə cinsi istismar etdiyinə görə məhkum edilib. Insauga.com saytının məlumatına görə, o, 65 ay həbs cəzasına məhkum edilib.

Barbara Bakston yetkinlik yaşına çatmayan şagirdlərə qarşı cinsi istismar ittihamları ilə bağlı təqsirli bilinib. Cinayətlər 1980-ci illərdə işlədiyi Burlington şəhərindəki Pineland Dövlət Məktəbində törədilib.

İş üzrə beş yetkinlik yaşına çatmayan zərərçəkmiş kimi müəyyən edilib. Qadın 65 ay həbs cəzasına məhkum edilib. Onun cəzasını necə və harada çəkəcəyi dəqiqləşdirilməyib.