09/06/2026

Zaqatalada baş verən qəzanın görüntüləri – ANBAAN VİDEO

Dünən Zaqatalada baş verən ağır yol nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kəndindən keçən hissəsində baş verib.

Qəza nəticəsində BMW və VAZ-2199 markalı avtomobillər toqquşub. Hadisə zamanı iki nəfər xəsarət alıb.

Qəzanın baş vermə anı yaxınlıqdakı təhlükəsizlik kamerasına əks olunub.

Həmin görüntüləri təqdim edirik:

Oxşar xəbərlər