Daxili İşlər Nazirliyi (DİN) Novxanı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı aparılan araşdırmanın nəticəsini açıqlayıb.
DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında deyib ki, qəzanı törədən “Range Rover” markalı 10-CO-002 dövlət qeydiyyat nişanlı avtomobili Ələsgər Əliyevin idarə etməsi ilə bağlı verilən məlumat ilkin ehtimal olub:
“Faktla bağlı araşdırmalar zamanı məlum olub ki, avtomobili Elşad Kərbalayev sürüb və həmin zaman sərxoş vəziyyətdə olub. Hazırda Elşad Kərbalayev istintaqa cəlb edilərək həbs olunub”.
