Nərimanov rayonunda məktəblilər arasında “Cəbrayıl işğaldan azaddır!” mövzusunda rəsm müsabiqəsinə start verilir.
Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Bakı Avrasiya” Universitetinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar məktəblilər arasında “Cəbrayıl işğaldan azaddır!” mövzusunda rəsm müsabiqəsinə start verilir.
Müsabiqənin məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş Vətən oğullarının tanıdılması, Müzəffər Ordumuzun möhtəşəm qələbələrinin əks etdirilməsi, böyüməkdə olan gənc nəslin doğma Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması, asudə vaxtının səmərəli təşkil edilməsidir.
Rəsmlər 29 sentyabr – 02 oktyabr 2021-ci il tarixlərində Nərimanov Rayon Gənclər və İdman İdarəsinə çatdırılmalıdır. Rəsmlər A3 formatda və çərçivədə olmalıdır.

