03/08/2026

Yanğın səbəbindən 9 kəndin qaz təchizatı dayandırılıb

Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

“Unikal” xəbər verir ki, Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində “Taxtalar” QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb

Oxşar xəbərlər