Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat baş tutub.
İctimai.az xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elməddin Əhmədov Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olan Elməddin Əhmədov Göygöl Rayon İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində məsul vəzifələrdə çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
İnam Kərimovdan yüksək vəzifəyə təyinat

