16/06/2026

Təcili tibbi yardım maşınının sürücüsü sərxoş halda qəza törətdi: Ölən var + FOTO

Ağsuda təcili yardım maşını piyadanı vuraraq öldürüb.

Oxu.Az-ın məlumatına görə, Ağsu rayon Qaraqaşlı kənd sakini, 1986-cı il təvəllüdlü Bəkirov Natiq İlyas oğlunu təcili yardım maşını vurub.

O, hadisə yerində ölüb.

Hadisəni törədən təcili tibbi yardım maşınının sürücüsü sərxoş olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər