Şəhid Orxan Əsgərovun nəşi Yasamaldakı evinin qarşısına gətirilib.
Oxu.Az xəbər verir ki, vida mərasimi keçirilən ərazidə fəxri qarovul dəstəsi düzülüb.
Vida mərasimində xarici işlər nazirinin müavini Xələf Xələfov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavinləri hacı Surxay Məmmədli və hacı Fuad Nurullayev, deputat Məlahət İbrahimqızı, eləcə də digər rəsmi şəxslər iştirak edirlər.

