Meksika dünyada ən sərt tütün əleyhinə qanunu qəbul edərkən gündəmə gəldi.
Digər Cənubi Amerika ölkələri tütündən istifadəni məhdudlaşdıran qanunlar qəbul etsə də, bu ölkələr arasında ən əhatəli və təsirli tədbir görən ölkə Meksika olub. Açıq yerlərdə siqaret çəkməyi qadağan edən qanun qüvvəyə minib.
Hökumət 2008-ci ildə qəbul edilmiş bar və restoranlar kimi qapalı yerlərdə siqaret çəkməyi qadağan edən qanunun əhatə dairəsini genişləndirdi. 2021-ci ildə təsdiq edilmiş qaydaya əsasən, qadağa çimərliklər və parklar da daxil olmaqla bütün ictimai yerləri əhatə edirdi.
Tətbiq olunacaq yeni tənzimləmədə hətta satış məntəqələrində tütün məmulatlarının tanıtımı, reklamı və sponsorluğu qadağan edilib.
Mənbə: AA
İctimai.az

