Cənubi Afrika Respublikasının Azad Dövlətində bir qrup orta məktəb şagirdi etiraz aksiyası zamanı iki polis əməkdaşını və bir müəllimi girov götürüb. İctimai.az-ın məlumatına görə, Free State əyalətinin Fiksburq şəhərində orta məktəb şagirdlərinin böyük bir qrupu, məktəb yoldaşlarının müəllimlərin zorakılığı nəticəsində intihar etdiyi iddia edildikdən sonra etiraz aksiyası keçirib. Buna görə ətrafdakı məktəblərin şagirdlərinin iştirakı ilə Tlotlisong orta məktəbinə toplaşan etirazçılar orada iki polis əməkdaşı və bir müəllimi girov götürüblər. Hadisəyə müdaxilə etmək istəyən polisə daşla hücum edən tələbələr, daha sonra ələ keçirdikləri polis avtomobilini çeviriblər. Əlavə qüvvələr gəldikdən sonra polis tələbələri dağıtmağa və girovları xilas etməyə nail olub. Hadisə ilə bağlı 5 tələbə saxlanılıb. Şagirdlər rəfiqəsinin ölümündə müəllimi günahlandıraraq, ölən dostunun qoyub getdiyi intihar məktubunu sübut kimi göstəriblər. Mənbə: Times Live İctimai.az Yazı naviqasiyası Fələstinli məhbus 19 il sonra İsrail həbsxanasından azad edildiTəhməz Qaçayev: “Mən bütün tələbələrimə inanıram və çəkdikləri əziyyətin bəhrəsini görəcəklərinə əminəm”