Türkiyənin tanınmış siyasətçisi, CHP-nin keçmiş sədri, Antalyadan millət vəkili olan Dəniz Baykal vəfat edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CHP sədri Kamal Kılıçdaroğlu özünün sosial media hesabından xəbər verib.
“O, bizə mübarizələrlə dolu bir həyat hekayəsini miras qoydu. Millətimizin başı sağ olsun” – deyə o, paylaşımında bildirib.

