Tonqa Krallığının paytaxtının cənub-şərqində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
İctimai.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir. Mərkəzin məlumatına görə, zəlzələnin episentri Tonqa Krallığının paytaxtı Nuku’alofa şəhərindən 133 kilometr cənub-şərqdə yerləşib.
Qəsəbədə 24 mindən çox insan yaşayır. Yeraltı təkanlar iki kilometr dərinlikdə baş verib. Eyni zamanda sunami təhlükəsi və qurbanlar barədə məlumat verilməyib.
Mənbə: BBC.com
İctimai.az

