Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı, birinci xanım Əminə Ərdoğan zəlzələnin yaralarının bir ürək kimi sağalacağını vurğulayaraq, “Ümidə uzanan əlləri birlikdə tutmağa davam edəcəyik. Yardım edən hər kəsə təşəkkürümü bildirirəm”.
İctimai.az xəbər verir ki, Birinci xanım Əminə Ərdoğan sosial media hesabında Diyarbəkir və Şanlıurfada baş verən zəlzələdən zərər çəkən vətəndaşlara prezident Ərdoğanla etdiyi ziyarətlərin fotolarını paylaşıb.
Zəlzələ qurbanlarının acılarını paylaşdıqlarını ifadə edən birinci xanım Ərdoğan, “Yaraları bir ürək kimi sağaldacağımıza inanıram. Ümidə uzanan əlləri bir yerdə tutmağa davam edəcəyik. Sizə təşəkkürümü bildirirəm, yardım səylərinə töhfə verən hər kəsə.”
Mənbə: AA
İctimai.az

