Fevralın 11-i şənbə günü saat 05:50-də göyərtəsində 200-dən çox sərnişinin olduğu Dehlidən Moskvaya uçmalı olan “Aeroflot” aviaşirkətinin reysi Hindistanın paytaxtının hava limanında gecikib.
Bu barədə TASS İndira Qandi adına hava limanının nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, reys “texniki səbəblərə görə” gecikib. Hava limanının nümayəndəsinin sözlərinə görə, göyərtəsində 200-dən çox sərnişin olan təyyarə saat 02:30-da Rusiya paytaxtına uçmalıdır.
O əlavə edib ki, səhər saatlarında bütün sərnişinlər otelə yerləşdirilib. İndi onlara hava limanının beynəlxalq terminalında nəzarət edilir.
Mənbə: TASS
İctimai.az

