Hindistan Suriyaya 23 ton humanitar yardım çatdırıb.
Bu barədə TASS Hindistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
“Dost əməliyyatının yeddinci reysi Suriyaya 23 tondan çox humanitar yardım, o cümlədən generator dəstləri, günəş lampaları, təcili və kritik tibbi yardım üçün dərmanlar, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ləvazimatlarla gəlib”, – Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam bildirib.
Mənbə: TASS
İctimai.az

