08/06/2026

NASA Roskosmosa “Progress MS-21”-də sızmanın səbəblərini müəyyən etməyə kömək edir

NASA mütəxəssisləri Beynəlxalq Kosmik Stansiyada “Progress MS-21” kosmik gəmisində istilik nəzarəti sisteminin soyuducu suyunun sızmasının səbəblərinin araşdırılmasında “Roskosmos”a köməklik göstərirlər.

İctimai.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyin mətbuat xidmətinə istinadən xəbər verir.

“NASA mütəxəssisləri “Progress MS-21” kosmik gəmisində soyuducu mayenin sızmasının səbəblərini müəyyən etməkdə rus həmkarlarına kömək edirlər”, – hesabatda deyilir.

Qeyd olunur ki, mütəxəssislər bütün İSS sistemlərinin işinə nəzarət edirlər və hələlik stansiyada başqa problem aşkar etməyiblər.

Mənbə: RİA Novosti

İctimai.az

Oxşar xəbərlər