İspaniyanın “Marca” qəzeti xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti klubdan ayrılacağı ilə bağlı yayılan xəbərləri təkzib edib və komandadan qovulana qədər “qaymaqlılar”ı tərk etməyəcəyini bildirib.
“Onlar məni qovmayana qədər buradan getməyəcəyəm” deyə italyan mütəxəssis səsləndirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda Ançelottinin yayda Braziliya milli futbol komandasının baş məşqçisi olacağı və onun müqaviləsinin ABŞ-da keçiriləcək 2026-cı il dünya çempionatının sonuna kimi hesablanacağı barədə xəbərlər yayılmışdı.
Mənbə: Marca
İctimai.az

