Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10%-i həcmində ziyan vurub. Bu barədə Bloomberg agentliyi Sahibkarlar Konfederasiyasının və respublikanın işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadən xəbər verir.
Biznes qrupunun məlumatına görə, Türkiyədə yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib.Zəlzələlərin nəticələri həm də ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına, əmək itkiləri isə Türkiyə iqtisadiyyatına 2,9 milyard dollar ziyan vuracaq.
Bloomberg materialı qeyd edir ki, konfederasiyanın hesablamaları digər iqtisadçıların hesablamalarından daha yüksəkdir. Bir çox ekspertlər də razılaşırlar ki, indi fəlakətin son nəticələri barədə danışmaq tezdir.
Mənbə: Bloomberg
İctimai.az

