Ağ Evin Milli Təhlükəsizlik Şurası bildirib ki, bu həftə Kanada və Alyaska səmasında vurulan obyektlər, fevralın 4-də Cənubi Karolina sahillərində vurulan Çin şarına o qədər də bənzəmir, o cümlədən daha kiçikdir.
Bu barədə “Reuters” məlumat yayıb.
“Bu obyektlər ÇXR şarına çox bənzəmirdi və daha kiçik idi. Biz onların fraqmentlərini toplayana qədər onların yekun xarakteristikasını verməyəcəyik. Biz hazırda bunun üzərində işləyirik”, – deyə NSS-in bəyanatında deyilir.
Mənbə: Reuters
İctimai.az

