Rusiyanın neft hasilatını azaltmaq qərarına görə OPEC+ neft hasilatını artırmayacaq

Qeyri-rəsmi OPEC+ formatında iştirak edən ölkələr mart ayından etibarən Rusiyadan xam neft hasilatının sutkada 500 min barel azalması səbəbindən neft hasilatını azaltmağı və ya artırmağı planlaşdırmır.

Bu barədə Reuters agentliyi təşkilatın iki nümayəndəsinin mesajına istinadən yazıb.

OPEC+-a Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Sudan, Cənubi Sudan daxildir. Rusiya bu kartelin qeyri-rəsmi lideridir.

Bundan əvvəl, fevralın 10-da baş nazirin müavini Aleksandr Novak bildirib ki, Rusiya mart ayında neft hasilatını könüllü olaraq sutkada 500 min barel azaldacaq. Həmçinin, onun sözlərinə görə, Moskva hansısa formada qiymət tavanını dəstəkləyən heç kimə xammal satmayacaq.

Mənbə: Reuters

İctimai.az

Oxşar xəbərlər