Samsung-un yeni flaqman smartfonu Galaxy S23 Ultra Geekbench 5 təknüvəli testində 1600 xal toplayaraq onu bazarda ən güclü Android smartfonu edib.
Bu barədə “Gizchina” məlumat yayıb.
Qeyd olunur ki, qurğu bütün sınaqlarda əvvəlki lider Nubia Red Magic 8 Pro oyun smartfonunu qabaqlayıb. Jurnalistlər Geekbench 5 etalonunda Cənubi Koreya istehsalçısının aparatının çoxnüvəli testdə 5,3 min bal topladığını, bunun da rekord göstərici olduğunu qeyd ediblər.
“Nəzəri cəhətdən qeyd olunan qurğular Qualcomm-un eyni Snapdragon 8 Gen 2 çipindən istifadə edir. Bununla belə, Samsung modelindəki prosessor daha yüksək tezliklərdə işləyə bilir və buna görə də daha yaxşı performansa malikdir”, – ekspertlər qeyd ediblər.
Jurnalistlərin fikrincə, Galaxy S23 seriyasının bütün qadcetləri cihazların gücünü uzun müddət saxlamağa kömək edən təkmilləşdirilmiş soyutma sistemi alıb.
Mənbə: Bloomberg
İctimai.az

