Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 31 mini, yaralıların sayı 80 mini keçib.
İctimai.az xəbər verir ki, zəlzələdə ölənlərin adları və şəxsiyyətlərinin müəyyən edilməsi maraq doğurur ki, bu barədə Səhiyyə naziri Fahrettin Kocadan son dəqiqə açıqlaması gəlib.
Səhiyyə naziri Koca, “Şəxsiyyətini bilmədiyimiz xəstələrin rəqəmsal fotoşəkillərini uyğunlaşdırmaq üçün xüsusi proqrama yükləyirik. Ümid edirəm ki, vacib hissənin şəxsiyyət məlumatlarına çatacağıq” deyib.
Mənbə: Haber Turk
İctimai.az

