07/06/2026

Kim Çen Inın qızının adaşına adının dəyişdirilməsi göstəriş verilib

Şimali Koreya hakimiyyəti Kim Çen Inın qızı ilə eyni adı daşıyan qadınları adlarını dəyişməyə məcbur edir.

Məlumata görə, Şimali Koreya hökuməti Zhu Ae adlı qadınları öz adları, Kim Çen Inın 10 yaşlı qızı ilə əlaqələndirməmək üçün adlarının yeni variantını seçməyə çağırıb.

“Bu, daxili sifarişdir. Kimin qızının adı nəcib və ən yüksək ləyaqət kimi reklam olunur”, – deyə mənbələr bildirib.

Mətbuatın yazdığına görə, bu məsələni həll etmək üçün qadınlara bir həftə vaxt verilib. Bu təşəbbüs KXDR vətəndaşlarının tənqidinə səbəb olub. Bundan əlavə, oxşar tədbirlər on il əvvəl, Çen Un adlı kişilərin adlarını dəyişdirməyə məcbur edildiyi zaman tətbiq edilib.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər